Goranboyda kişi dəm qazından zəhərləndi

 19:06 12.01.2022     442

Goranboy rayonunda dəm qazından zəhərlənmə hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü T.Namazov yaşadığı evdə dəm qazından zəhərlənib.

O, ağır halda xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən şəxsin vəziyyəti kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən