İmişlidə "Shagman" aşdı, xəsarət alan var

 22:34 12.01.2022     154

İmişlidə yük maşınının aşması nəticəsində bir nəfər xəsarət alıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Bəhrəmtəpə yolunda qeydə alınıb. Belə ki, 1964-cü il təvəllüdlü Allahverdiyev Zaur Mətləb oğlu sükanı arxasında olduğu "Shagman" yük maşını anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb.

Qəza nəticəsində yük maşının sürücüsü kəllə-beyin travması alıb. O, İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.