DİN tərbiyəçinin körpəni döyməsi ilə bağlı araşdırmalara başladı - VİDEO

Sosial şəbəkədə ölkədə fəaliyyət göstərən uşaq bağçalarından birində körpəyə qarşı tərbiyəçi və ya müəllimin şiddət göstərdiyini özündə əks etdirən görüntülər yayılıb.
Redaktor.az xəbər verir ki, görüntülərdə qadının körpənin çörəyi yeməsini israr edir və başına sillə vurur.
Görüntülər insanların narazılığına səbəb olub.
Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev saytımıza bildirib ki, görüntülərdən məlumatlıdırlar və məsələ araşdırılır.