Restoran sahibi toydakı kütləviliyə görə həbs edildi - FOTO

 12:47 14.01.2022     143

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində olan  şadlıq evində karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə, obyektin sahibi Namidar Mustafayevin əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, insanların kütləvi iştirakı ilə müşahidə edilən toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Qusar rayon məhkəməsinin qərarı ilə həmin şəxs İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 8 gün müddətində inzibati həbs edilib.

222