Meşədə qadın meyiti tapıldı

 14:18 14.01.2022     322

Şabran rayonunun Ağalıq kəndi ərazisində qadın meyiti aşkarlanıb.

Redaktor.az xəbər verir ki, cəsəd Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən hissəsindən təxminən 150 metr içəridə, meşə massivində tapılıb.

Aparılan ilkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Şabran rayon sakini, 1980-ci il təvəllüdlü Xudiyeva Sevda Vaqif qızı olduğu müəyyənləşib.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır (apa).