Goranboyda piyadanı maşın vurdu

 02:13 16.01.2022     753

Goranboyda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Redaktor.az xəbər verir ki, 2008-ci il təvəllüdlü Rəhmanova Mədinə Samir qızını yolu keçərkən vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş-beyin əziyi və alı sümüyünün sınığı diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən