Bakıda qəza, piyada xəsarət aldı

 09:27 16.01.2022     281

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Şüvəlan qəsəbəsində yolu keçən 1980-ci il təvəllüdlü Muradova Aynurə Mirtağı qızını avtomobil vurub.

Hadisəni törədən sürücü yaralını öz avtomobilnə qoyaraq xəstəxanaya çatdırıb. Müayinə zamanı ona sağ oturaq sümüyünün və qabırğaların sınığı diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən