10 yaşlı uşağı avtomobil vurdu

 09:42 16.01.2022     309

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Rüstəmli Yüsif Asəf oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol qamış sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən