Mingəçevirdə yanan binada 2 nəfər xəsarət aldı - FOTO
Mingəçevirdə qaz sızması nəticəsində binada partlayış baş verib.
Redaktor.az Trend-ə istinadən xəbər verir ki, hadisə Axundov küçəsində yerləşən binaların birində qeydə alınıb. Partlayış nəticəsində binanın dam örtüyü uçub, evdə yanğın başlayıb.
Partlayış nəticəsində evdə olan 1987-ci il təvəllüdlü Aytən Xudiyeva əl və sinə nahiyəsindən onun qızı Zeynəb Əliyeva isə əl və üz nahiyələrindən 1-ci və 2 ci dərəcəli yanıq xəsarətləri alıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları və həkim briqadaları gəlib.
Partlayış nəticəsində binanın əksər ev və eyvanları da yararsız hala düşüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə qüvvələri cəlb olunub.















