Goranboy sakini MİNAYA DÜŞDÜ

 21:29 18.01.2022     1024

Goranboy sakini minaya düşüb.

Redaktor.az-a daxil olan məlumata görə, hadisə rayonun Tapqaraqoyunlu kəndində baş verib.

Bildirilib ki, 1996-cı il təvəllüdlü Vüqar Maqsud oğlu Məmmədov kəndin kənarında qoyun otaran zaman minaya düşüb.

O, Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vüqar Məmmədovun bir ayağı amputasiya edilib. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, Tapqaraqoyunlu kəndi 44 günlük Vətən müharibəsinə qədər düşmən işğalında olan Talış kəndi ilə təmas xəttində olub. Bu səbəbdən Vüqar Məmmədovun Tapqaraqoyunlu kəndi yaxınlığında basdırılan minaya düşməsi ehtimal edilir.

T.İSMAYIL

Vumart və Güvən reklamı Vumart Güvən