10 yaşlı uşağı maşın vurdu

 21:51 18.01.2022     839

Cəlilabadda 10 yaşlı uşağı avtomobil vurub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun mərkəzi ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Mirzəyeva Nərmin Elməddin qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyinin əziyi və sağ təpə gicgah nahiyəsinin sınığı diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən