88 yaşlı kişi özünü güllələdi

 23:14 18.01.2022     501

Salyan sakini intihar edib.

Redaktor.az xəbər verir ki, hadisə Salyan şəhər 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, həmin küçədə yaşayan 88 yaşlı Əliyev Ramiz Əkbər oğlu ov tüfəngi ilə atəş açaraq özünü vurub.

Faktla bağlı araşdırma aparılır (report.az).