Bakıda valideyn tərbiyəçini DÖYDÜ

 23:24 18.01.2022     342

Bakıda uşaq evinin tərbiyəçisi valideyn tərəfindən döyülüb.

Redaktor.az xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb. Rayon ərazisində yerləşən 3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən 1982-ci il təvəllüdlü G.Nağıyeva valideyn tərəfindən döyülüb.

G.Nağıyevanın dediyinə görə, onu Günay adlı valideyin döyüb.

Zərərçəkən xəstəxanaya və polisə müraciət edib.

Faktla bağlı araşdırma aparılır (report.az).