Sumqayıtda avtobus piyadanı vurdu

 09:32 19.01.2022     318

Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq ağır xəsarət yetirib.

Redaktor.az xəbər verir ki, hadisə Corat qəsəbəsində qeydə alınıb. Sərnişin avtobusu yolu keçən 1988-ci il təvəllüdlü İsgəndərova Nuridə Eldar qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki baldır sümüklərinin yerdəyişən qəlpəli sınığı diaqnozu qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.