Azərbaycanda məktəb direktoru faciəli şəkildə öldü

 15:48 20.01.2022     4087

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi  “Mercedes-Benz” və Təbriz Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

Nəticədə “Mercedes-Benz”də olan sərnişinlərdən rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mməlumata görə, ölən şəxs Lələli kənd tam orta məktəbinin direktorudur. 

Vumart və Güvən reklamı Vumart Güvən