Bakıda maşına atəş açıldı
Ötən gün axşam saat 18 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbəsi sakini Tərlan Namazovun idarə etdiyi “Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb.
Redaktor.az-ın "qafqazinfo"ya istinadla məlumatına görə, hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, fakt qeydə alınıb, xoşbəxtlikdən xəsarət alan yoxdur.
Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətindən polis əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.












