Tağıyevin heykəlini zədələyənlərlə bağlı bu gün qərar veriləcək

 10:21 21.01.2022     1847

Bakıda “İçərişəhər” metrostansiyasının çıxışında qoyulan Hacı Zeynalabdin Tağıyevin heykəlini zədələyərək dəmirdən təsbehi qıran gənclər bu gün məhkəməyə çıxarılacaq.

Redaktor.az xəbər verir ki, istintaq orqanı hadisəni törətməkdə şübhəli bilinən– 1991-ci il təvəllüdlü Vüqar Tağızadə və 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verib.

Bu gün Səbail rayon məhkəməsində onların barəsində qərar veriləcək.

Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə ittiham edilir