Azərbaycanda gənc müəllim intihar etdi

 14:17 21.01.2022     523

Göyçay rayon sakini intihar edib.

Redaktor.az xəbər verir ki, hadisə bu gün Göyçay şəhərində qeydə alınıb. Ərəbcəbirli kənd sakini, 1988-ci il təvəllüdlü Gülnar Yusifova şəhərin H.Tağıyev küçəsində yerləşən evində özünü zəhərləyərək öldürüb. Ərəbcəbirli kənd tam orta məktəbində müəllim işləyən və 3 uşaq anası olan Gülnar Yusifovanın intiharının səbəbi hələ ki məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.

Qadının meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.