35 minlik ağacları kəsən şirkət cəzalandırıldı

 09:20 22.01.2022     284

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Azadlıq prospekti ilə Şamil Əzizbəyov küçəsinin kəsişməsində ağacların kəsilməsi faktı müəyyən edilib.

Redaktor.az xəbər verir ki, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan “Yeni Ailə” MMC tərəfindən kəsildiyi və təbiətə 34 860 manat məbləğində ziyan dəydiyi məlum olub.

 Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.  

Vumart və Güvən reklamı Vumart Güvən