Bakıda yarımtikilidə güclü yanğın - VİDEO
Bakının Nəsimi rayonu Ceyhun Səlimov küçəsində yarımtikilidə güclü yanğın olub.
Redaktor.az Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğına elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olub.
Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Hazırda yanğın söndürülüb (qafqazinfo).












