Samuxda ev yandı - FOTO

 16:19 22.01.2022     978

Samux rayonunda yaşayış evi yanıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Sarıqamış kəndində baş verib.

Belə ki, Pərviz Hacıyevə məxsus 240 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və dam örtüyü tamamilə ilə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Samux rayon yanğından mühafizə bölməsinin 2 yanğın söndürən maşını və 10-a yaxın əməkdaşı cəlb olunub və yanğın söndürülüb.

Hadisə zamanı ev sahibinin ailə üzvləri evdə olub. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb (oxu.az).

 

2
Vumart və Güvən reklamı Vumart Güvən