Bakıda ana və övladını maşın vurdu

 01:24 23.01.2022     371

Bakıda ana və 11 yaşlı övladını avtomobil vurub.

Redaktor.az xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Məmmədzadə Sevic Şakir qızını və azyaşlı övladı, 2011-ci il təvəllüdlü Məmmədzadə Samirə Samir qızını vurub.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı anaya sağ ayağın yerdəyişən sınığı, azyaşlıya isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır (report).

Vumart və Güvən reklamı Vumart Güvən