Avtomobil qəza törətdi, 8 yaşlı uşağın ayağı sındı
Bakıda 8 yaşlı uşağı avtomobil vuraraq ayağını sındırıb.
Redaktor.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Biləcəri qəsəbəsində yolu keçən 2014-cü il təvəllüdlü İsrafilli Tunar Anar oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.












