Goranboyda mübahisə qanla bitdi - YENİLƏNİB

 14:35 23.01.2022     1236

Goranboy rayonunda bıçaq xəsarəti alan gənc oğlanın şəxsiyyəti dəqiqləşib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, Goranboy rayon Muzdurlar kənd sakini, 2002-ci il təvəllüdlü M. Rafiyev mübahisə zəminində iki bıçaq xəsarəti alıb.

Qardaşı tərəfindən xəstəxanaya çatdırılan M. Rafiyev artıq əməliyyatı olunub, vəziyyəti kafi qiymətləndirilir

Faktla bağlı araşdırma aparılır.

14:03

Goranboy rayonunda yerli sakin bıçaq xəsarəti alıb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, bıçaq xəsarəti alan şəxs xəstəxanaya yerləşdirilib.

Onun şəxsiyyəti və hansı şəraitdə bıçaq xəsarəti aldığı dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən