"BMW" qəzada yandı

 22:32 23.01.2022     385

Ağstafa rayonunun Poylu kəndində "VAZ" və "BMW" markalı iki minik avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, nəticədə "BMW" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən