Gənc qız dəm qazından zəhərləndi

 23:29 24.01.2022     505

Qazaxda zəhərlənmə faktı qeydə alınıb.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib.

2002-ci il təvəllüdlü B.Rzayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə gənc qız yaşadığı evdə dəm qazından zəhərlənib (apa).

Vumart və Güvən reklamı Vumart Güvən