Bir ailə dəm qazından zəhərləndi

 10:48 29.01.2022     331

Sabirabad rayonunda bir ailə dəm qazından zəhərlənib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan Fərəcovlar ailəsinin 5 üzvü - Arzu, Səbinaz, Aysel, Adəm və Asif evdə dəm qazından zəhərlənib.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır (report).

Vumart və Güvən reklamı Vumart Güvən