Bakıda gənc qız intihar etdi
Bakının Yasamal rayonunda 17 yaşlı qız intihar edib.
Redaktor.az “qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə yanvarın 28-i səhər saat 07 radələrində baş verib.
2005-ci il təvəllüdlü Gülginar Nuriyeva Şərifadə küçəsində 14 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən mənzilin pəncərəsindən özünü yerə atıb.
Rayon prokurorluğunda araşdırma aparılır.












