Motosikletlə qəza törətdi, sürücünün ayağı sındı

 09:05 30.01.2022     418

Bakıda minik avtomobili motosikletlə toqquşub.

Redaktor.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

2000-ci il təvəllüdlü Əliyev Elşən Əli oğlunun idarə etdiyi motosiklet hərəkətdə olarkən avtomobillə toqquşub. Qəza zamanı motosikletin sürücüsü xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən