Abşeronda qəza, 21 yaşlı qız xəsarət aldı

 10:09 30.01.2022     251

Abşeronda 21 yaşlı gənc qızı avtomobil vuraraq ağır xəsarət yetirib.

Redaktor.az xəbər verir ki, hadisə Qobu qəsəbəsində qeydə alınıb. Avtomobil yolu keçən 2001-ci il təvəllüdlü İbrahimova Günel Arzu qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın açıq qəlpəli sınıqları diaqnozu qoyulub. G.İbrahimovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır (report).

Vumart və Güvən reklamı Vumart Güvən