Evakuatora çırpılan motosikletin sürücüsü öldü

 11:40 31.01.2022     1182

Şəmkirdə vakuator maşınına çırpılan motosikletin sürücüsü ölüb.

Redaktor.az-ın əldə etdiyi məlumata görə, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun rayonun Seyfəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Elşən Quliyevin idarə etdiyi “Muravey” markalı motosikleti Bakı istiqamətində hərəkətdə olarkən yolun sağ kənarında dayanmış Bəxtiyar Allahverənovun idarə etdiyi “Hyundai” markalı xüsusi təyinatlı (evakuator) avtomobilin arxa hissəsinə çarpılıb. Nəticədə E.Quliyev hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyində istintaq aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən