Bakıda 4 yaşlı qızın meyiti aşkarlandı

 15:20 31.01.2022     418

Bakıda 4 yaşlı qızın meyiti aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki,  2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin yanvarın 31-də meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda qeyd edilən faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 

Vumart və Güvən reklamı Vumart Güvən