Dövlət Komissiyasına narkotiklərlə bağlı müraciətlərin sayı açıqlandı

 15:38 31.01.2022     495

Ötən il Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına narkotiklərlə bağlı daxil olan müraciətlərin sayı açıqlanıb.

Redaktor.az xəbər verir ki, komissiyadan verilən məlumata görə, “802 qaynar xətt” telefon xidmətinə 1130 müraciət daxil olub.

Müraciətlərdən 204-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 359-u narkotik asılılıqdan müalicə, 567-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 563 məktub ünvanlanıb.

Beləliklə, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdar narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Vumart və Güvən reklamı Vumart Güvən