Abşeronda qəzada piyada öldü

 21:52 31.01.2022     633

Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, qəza rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1961-ci il təvəllüdlü Babayeva Bibixanım Valeh qızını avtomobil vurub.

61 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən