4 yaşlı qızı qonşusu öldürüb quyuya atdı

 18:05 01.02.2022     800

Bakıda quyudan meyiti tapılan 4 yaşlı qızın öldürüldüyü məlum olub.

Redaktor.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Zərərçəkmişin qonşusu, 1990-cı il təvəllüdlü Mehman Mansurov şübəhli şəxs qismində saxlanılıb.

Qafqazinfo.az-ın yazdığına görə, o, M.Hüseynlinin qonşusu olduğu bildirilir.

Məlumata görə, atası Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.

Vumart və Güvən reklamı Vumart Güvən