Bakıda yanğın söndürüldü - YENİLƏNİB

 21:57 02.02.2022     698

“Bu gün saat 19.10 radələrində Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində yanğın olması barədə məlumat daxil olub. Dərhal ərazi üzrə Binəqədi Rayon Yanğından Mühafizə Hissəsinin bölmələri və Bakı Qarnizonunun digər qüvvələri hadisə yerinə cəlb edilib. İlk yanğın bölməsi məlumat daxil olan andan 8 dəqiqə sonra hadisə yerinə çatıb.”

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov APA-nın hadisə yerində olan müxbirinə açıqlamasında bildirib.

Ə.Novruzov qeyd edib ki, yanğın nəticəsində “Daş-qum bazarı” adlanan ərazidə ümumi sahəsi, təxminən 750 kvadrat metr olan avtomobil şinlərinin təmiri sexi, eyni zamanda metal qəbulu məntəqəsi, 500 kvadrat metr sahədə yeməkxana kimi fəaliyyət göstərən obyekt və bir ədəd “Ford Tranzit” markalı yük avtomobili yanıb: “Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının söndürülməsinə 11 ədəd yanğınsöndürmə texnikası və 60 nəfərə yaxın canlı qüvvə cəlb edilib. Yanğın iki saat ərzində tam söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır”.

***

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev də hadisə yerindədir.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtomobil təmiri sexində yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

2222
Vumart və Güvən reklamı Vumart Güvən