Xarici vətəndaşı maşınla vurub qaçdılar
Qazaxda Gürcüstan vətəndaşını maşın vurub.
Redaktor.az xəbər verir ki, Rustavi şəhər sakini 1961-ci il təvəllüdlü Gülordova Dato Guryeviç rayon ərazisində yolu keçmək istəyərkən "Mercedes" markalı minik avtomobili tərəfindən vurulub.
Qırmızı Körpü Gömrük məntəqəsinin yaxınlığında Hadisəni törədən sürücü ərazidən qaçıb.
Müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilən yaralıya ilkin tibbi yardım göstərilsə də, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.












