Polis mayoru dəm qazından öldü

 11:03 03.02.2022     480

Qax şəhər sakini dəm qazından boğularaq ölüb.

Redaktor.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisində yaşayış evlərindən birində baş verib.

Belə ki, şəhər sakini 1955-ci il təvəllüdlü Fəxrəddin Qulu oğlu Məmmədov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Onun meyiti vanna otağında həyat yoldaşı tərəfindən aşkarlanıb.

Qeyd edək ki, 67 yaşlı Fəxrəddin Məmmədov təqaüddə olan polis mayorudur. O, uzun illər Qax Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışıb (report).

Vumart və Güvən reklamı Vumart Güvən