Səki ilə gedən 3 qadını maşın vurdu - FOTO
Gəncədə üç piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verirki, hərəkətdə olan "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq səki ilə hərəkət edən 3 qadını vurub. Onlar 1968-ci il təvəllüdlü Zəminə Şəfiyeva, 1977-ci il təvəllüdlü Zərifə Məmmədova və 1974-cü il təvəllüdlü Cəmilə Salmanovadır. Daha sonra minik maşını yaşayış binasına çırpılıb.
Qəza zamanı piyadalar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.













