Avtoxuliqanlıq edən qazi saxlanıldı - FOTO

 10:03 04.02.2022     388

Gəncədə şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, şəhər sakini, Vətən Müharibəsi qazisi Qoşqar Həsənov idarə etdiyi "VAZ” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib.

Sosial şəbəkələrdə etdiyi təhlükəli manevrlərin görüntüsünü paylaşan qazinin avtomobili saxlanılaraq cərimə meydançasına yerləşdirilib və o inzibati məsuliyyətə cəlb olunub.

22
Vumart və Güvən reklamı Vumart Güvən