Göyçayda zəncirvari qəzada xəsarət alan var

 16:53 05.02.2022     887

Göyçayda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Natavan küçəsində qeydə alınıb.

Belə ki, "Ford", "Chevrolet" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər rayon sakini müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən