Azərbaycanda məhkəmə binasında yanğın - FOTO - YENİLƏNİB
Gəncə şəhəri Nizami rayon məhkəməsinin binasında baş vermiş yanğın söndürülüb.
Redaktor.az xəbər verir ki, yanğın binanın üçüncü mərtəbəsində qeydə alınıb. Hadisə yerinə FHN-in 5 avtomobili və otuzdan artıq canlı qüvvəsi cəlb olunub.
Hadisəyə görə binanın yerləşdiyi ərazidə tıxac yaranıb.
20:59
Gəncə şəhərində Nizami rayon məhkəməsinin binasında yanğın başlayıb.
Redaktor.az "apa"ya istinadla xəbər verir ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub.














