Qaz borusuna çırpılan avtomobil yandı

 23:17 05.02.2022     504

Sabirabadda qaz xəttinə çırpılan avtomobil yanıb.

Bu barədə Redaktor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Belə ki, rayonun Şəhriyar kəndində "Nissan" markalı minik avtomobili yol kənarında qaz xəttinə çırpılıb. Nəticədə minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən