Gəncə sakini intihar etdi
Gəncə saakini dərman içərək intihar edib.
Redaktor.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Hacıyev Kazım Yavuz oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Müayinə zamanı onun dərman içərək özünü zəhərləməsi diaqnozu qoyulub. Həkimlərin müdaxiləsinə baxmayaraq, 48 yaşlı K.Hacıyev xəstəxanada dünyasını dəyişib. Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb, müayinə olunduqdan sonra ailəsinə təhvil veriləcək.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.












