Bu rayonda 3 maşın toqquşdu, 2-si kanala aşdı - Xəsarət alanlar var - FOTO

 16:05 06.02.2022     479

Beyləqanda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Aran Qəsəbəsi - Bəhramtəpə magistral yolunun rayonun Eyvazalılar kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "ZİL" markalı yük maşını "Niva" və "OKA" markalı minik maşınları ilə toqquşub. Zərbənin təsirindən yük və "Niva" markalı minik başını yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlar 1974-cü il təvəllüdlü, Ağcabədi rayon sakini Səfərov Səfər Rafail oğlu, 1980-ci il təvəllüdlü, Ağcabədi rayon sakini Babayev Ramil Kərim oğlu, 1969-cu il təvəllüdlü Ağdam rayon sakini Mehtiyev Əvəz Səfər oğlu və 1980-ci il təvəllüdlü, Beyləqan rayon sakini Camalov Ceyhun Əsgər oğludur.

Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma başlanıb (apa).

Beyləqan, qəza yeriBeyləqan, qəza yeriBeyləqan, qəza yeriBeyləqan, qəza yeri

2
Vumart və Güvən reklamı Vumart Güvən