Goranboyda bacı-qardaşın qətlinin təfərrüatları məlum oldu - YENİLƏNİB

 20:30 06.02.2022     2229

Goranboy rayonunda bacı-qardaşın qətlinin bəzi təfərrüatlar məlum olub.

Redaktor.az xəbər verir ki, Goranboy rayon sakinləri, 1970-ci il təvəllüdlü Pərviz Rəcəb oğlu Namazov və 1960-cı il təvəllüdlü Səlmi Rəcəb qızı Namazova rayonun Qarasüleymanlı kəndində, Goran çayının yaxınlığındakı torpaq sahəsində olan zaman rayon sakini, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevlə mübahisələri yaranıb. Mübahisəyə səbəb elə hadisənin törədildiyi yerdəki torpaq sahəsi olub.

İ.Haqverdiyev torpağın məhkəmə qərarı ilə ona məxsus olduğunu iddia edərək avtomobilindəki bıçağı götürərək bacı-qardaşı boyun və digər nahiyələrdən bıçaqlayıb. Hər iki şəxs aldığı ağır xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişiblər.

Qətli törətməkdə şübhəli bilinən İ.Haqverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir (report).

***

Goranboyda baş verən hadisədə ölənlərin adları məlum olub.

Redaktor.az xəbər verir ki, bıçaqlanaraq öldürülənlər Goranboy şəhər Qarasüleymanlı kənd sakinləri 1960-cı il təvəllüdlü Namazova Səlmi Rəcəb qızı və qardaşı 1970-ci il təvəllüdlü Namazov Pərviz Rəcəb oğludur.

Hadisəni törədən isə mərhumları həmkəndliləri 1965-ci il təvəllüdlü Haqverdiyev İlham Şahverdi oğludur.

İ. Haqverdiyev hər iki şəxsi soyuq silahla qətlə yetirib. Hadisənin torpaq sahəsi üstündə baş verdiyi deyilir.

O, polis tərəfindən saxlanıb.

***

Goranboyda qətl hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Ölənlərin bacı və qardaş olduğu bildirilir.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb olunub (apa).

Vumart və Güvən reklamı Vumart Güvən