Bakıda qəzada qadın öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində "Yeni Klinika"nın qarşısında qeydə alınıb.
Şəhər sakini Elşad Şirinov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Adilə Zeynalovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.












