Ağcabədi sakinini elektrik cərəyanı öldürdü
Ağcabədi rayon sakinini elektrik cərəyanı vuraraq öldürüb.
Redaktor.az xəbər verdi, bu barədə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, fevralın 6-sı saat 15 radələrində Ağcabədi rayonu, Şənlik kənd sakini 1982-ci il təvəllüdlü Ehtiram Əmirovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, Ehtiram Əmirov Şənlik kəndinə gedən yolun kənarında quraşdırılmış transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.












