Birgə yaşadığı qadını BIÇAQLA ÖLDÜRDÜ
Bakıda qətl hadisəsi törədilib.
Redaktor.az xəbər verir ki, hadisə Qaradağ rayonu “Qobu Park 2” yaşayış massivində qeydə alınıb.
Həmin ünvanda yaşayan kişi qeyri-rəsmi nikahda yaşadığı qadına çoxsaylı bıçaq xəsarəti yetirib.
Ağır xəsarət alan qadın hadisə yerində dünyasını dəyişib. Qətl törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırılma aparılır.












