Polis generalı özünü güllələdi

 01:27 08.02.2022     575

Moskvanın Xoroşevski rayonunda istefada olan polis general-mayoru Pankratovun meyiti güllə yarası ilə tapılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsindəki mənbə məlumat verib. 

Hadisə yerinə gələn polis əməkdaşları başından güllə yarası almış 76 yaşlı kişi meyitini aşkar ediblər. Onlar ekspertiza üçün Makarovun mükafat tapançasını götürüblər.

Pankratovun həyat yoldaşı bildirib ki, ona son mərhələdə onkoloji xəstəlik diaqnozu qoyulub.

Vumart və Güvən reklamı Vumart Güvən